YAP-ın yaranmasının 34-cü ildönümü Sumqayıtda Heydər Əliyev Məktəbinin iştirakçıları ilə qeyd olunub.
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ili münasibətilə YAP Sumqayıt şəhər təşkilatında 2026-cı ilin iş planına uyğun olaraq Heydər Əliyev Məktəbinin iştirakçıları ilə tədbir keçirilib.
Tədbiri açan YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan və müasir dövrdə əldə etdiyi uğurlardan danışıb. O bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyası xalqın inamını qazanaraq ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasında həlledici rol oynayıb.
Çıxışında R.Hüseynov Azərbaycan Prezidenti, YAP sədri cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın ölkənin siyasi və ictimai həyatındakı aparıcı mövqeyini qoruyub saxladığını, aparılan islahatların, həyata keçirilən quruculuq və bərpa işlərinin Azərbaycanın uğurlu inkişafının əsasını təşkil etdiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev ideyalarının yeni nəsillər arasında təbliği, gənclərin vətənpərvərlik və milli dövlətçilik ruhunda yetişdirilməsi partiya təşkilatlarının əsas vəzifələrindən biridir.
Sədr Heydər Əliyev Məktəbinin fəaliyyətindən də bəhs edərək bu təhsil platformasının gənclərin siyasi biliklərinin artırılmasında, ümummilli liderin dövlətçilik irsinin dərindən öyrənilməsində və gələcəyin kadr potensialının formalaşmasında mühüm rol oynadığını bildirib. O, məktəbin iştirakçılarına uğurlar arzulayıb və onları təhsil prosesinə, partiyanın ictimai-siyasi həyatında fəal iştiraka çağırıb.
Tədbirdə Heydər Əliyev Məktəbinin iştirakçıları Alidə Əliyeva, Yusif Səfiyarov, Rəsul Hüseynov və Salman Abbaslı çıxış edərək partiyanın yaranma tarixi, Heydər Əliyev siyasi irsinin müasir dövrdə əhəmiyyəti və gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər. Çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyev siyasi məktəbinin prinsipləri müasir gənclik üçün mühüm istiqamətverici rol oynayır, partiyanın tarixi isə dövlətçilik təcrübəsinin öyrənilməsi baxımından dəyərli mənbədir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, savadlı və vətənpərvər nəsil kimi formalaşması, Heydər Əliyev irsinə sadiqlik və ona layiq davamçı olmaq vəzifələri xüsusi vurğulanıb.
Əlavə Şəkillər