HABERLER.AZ

Çin hökuməti Yaxın Şərqdəki vəziyyətdən narahatlığını bildirib

İqtisadiyyat 18.06.2025 - 23:55 , Güncəlləndi: 09.07.2025 - 10:18 10 dəfə oxundu
Xəbər şəkli
Çin Xalq Respublikasının xarici işlər naziri Van İ bildirib ki, İsrail ilə İran arasında artan gərginlik fonunda Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxması riski Pekini ciddi şəkildə narahat edir. AzVision.az xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb. “İsrailin beynəlxalq hüquq və qaydalara məhəl qoymaması Yaxın Şərqdə vəziyyətin kəskinləşməsinə səbəb olub. Çin dərin narahatlıq içindədir ki, bu vəziyyət nəzarətdən çıxa bilər”,-deyə Van İ qeyd edib. Nazir vurğulayıb ki, Çin ilk növbədə İsrailə müraciət edərək region ölkələrinin xalqlarının rifahını və maraqlarını ön plana çəkməyə çağırır. O, tərəfləri qarşılıqlı atəş açmanı dərhal dayandırmağa və dialoq üçün əlverişli şərait yaratmağa dəvət edib. "The Telegraph" daha öncə xəbər vermişdi ki, Çin İsrail ilə gərginliyin artdığı dövrdə İrana gizli şəkildə nəqliyyat təyyarələri göndərib. Jurnalistlərin bildirdiyinə görə, bu təyyarələr İrana yaxınlaşdıqda radar ekranlarından itib və göstərilən istiqamətə çatmayıb.