HABERLER.AZ

Almaniya İrana: "Heç vaxt gec deyil"

İqtisadiyyat 18.06.2025 - 23:57 , Güncəlləndi: 09.07.2025 - 00:02 5 dəfə oxundu
Xəbər şəkli
"Rəsmi Tehran nüvə silahı hazırlamaq niyyətindən əl çəkdiyinə dair etibarlı təminat verməli, münaqişənin danışıqlar yolu ilə həllinə razılaşdığını bildirməlidir". Bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful iordaniyalı həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı dilə gətirib. O, İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisindəki nüvə və raket obyektlərinə qarşı hərbi əməliyyatına öz reaksiyasını dilə gətirib. Nazir diqqətə çatdırıb ki, İran təcili surətdə hərəkətə keçməlidir. "Zənnimcə, münaqişənin danışıqlar yolu ilə həlli hazırkı vəziyyətdə hələ gec deyil. Səmimi niyyətlə yanaşılarsa, danışıqlar masasına oturmaq üçün real fürsət itirilməyib", - Vadeful deyib. Almaniyanın baş diplomatının sözlərinə görə, İsrail İranın nüvə silahı yaratma təhlükəsinə qarşı çıxmaqda haqlıdır və onun özünümüdafiə hüququ var: "İsrailin belə bir təhlükəyə qarşı hərəkətə keçməsi başadüşüləndir, ancaq hər halda, hər iki tərəfdən mülki şəxslərin həyatlarını itirmələri təəssüf doğurur".