HABERLER.AZ - Ən Güncel Xəbərlər

Sumqayıtlı gənc xanım Leyla Məmmədli “Sülh Səfiri” mükafatına layiq görülüb

Dünya
11.11.2026 - 15:56
7 baxış
Emin Aliyev
Son yenilənmə: 11.11.2026 - 16:59
Sumqayıtlı gənc xanım Leyla Məmmədli “Sülh Səfiri” mükafatına layiq görülüb
Sumqayıtlı gənc xanım Leyla Məmmədli “Sülh Səfiri” mükafatına layiq görülüb

Amerika Birləşmiş Ştatlarında yaşayan, əslən Sumqayıt şəhərindən olan gənc xanım Leyla Məmmədli beynəlxalq səviyyədə həyata keçirdiyi ictimai və humanitar fəaliyyətinə görə “Universal Peace Federation DC” tərəfindən “Sülh Səfiri” mükafatına layiq görülüb. Leyla Məmmədli təhsil həyatına Sumqayıtda başlayıb. O, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyini bitirdikdən sonra FLEX (Future Leaders Exchange) mübadilə proqramı çərçivəsində ABŞ-da bir il müddətində orta təhsil alıb. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetində və ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Cons Hopkins Universitetində davam etdirib. Hazırda Vaşinqtonda yaşayan Leyla Məmmədli doktorantura (PhD) təhsili alır. O, eyni zamanda, “Mədəni Diplomatiya və İnkişaf Fondu”nun təsisçisidir. Təsis etdiyi fond vasitəsilə beynəlxalq dialoqun inkişafı, xalqlar və cəmiyyətlər arasında əməkdaşlığın gücləndirilməsi, mədəniyyətlərarası anlaşmanın təşviqi və davamlı sülhün təşəkkül tapması istiqamətində fəaliyyət göstərir. “Universal Peace Federation DC” tərəfindən təqdim olunan “Sülh Səfiri” mükafatı Leyla Məmmədlinin sülh, dialoq və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətinin təqdir olunmasının göstəricisidir. Qeyd edək ki, Sumqayıtda təhsil alaraq yetişən və bu gün beynəlxalq platformalarda fəaliyyət göstərən Leyla Məmmədlinin əldə etdiyi uğur şəhərimizin gənclərinin təhsil, elm və ictimai fəaliyyət sahələrində qazandıqları nailiyyətlərin daha bir nümunəsidir.

Əlavə Şəkillər

Əlavə şəkil 1
Əlavə şəkil 2
Əlavə şəkil 3
Bu kateqoriyada digər xəbər tapılmadı