HABERLER.AZ - Ən Güncel Xəbərlər

Örnək müəllim - Aygün Səfərli Sumqayıt şəhər, 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi

Eğitim
13.03.2026 - 00:20
17 baxış
Admin
Son yenilənmə: 13.03.2026 - 23:51
Örnək müəllim - Aygün Səfərli Sumqayıt şəhər, 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi
Örnək müəllim - Aygün Səfərli Sumqayıt şəhər, 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi

Aygün Səfərli Sumqayıt şəhəri 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimidir. Aygün Səfərli təhsil sahəsində uzunillik fəaliyyəti ilə seçilən pedaqoqlardandır. O, müəllimlik fəaliyyətini şagirdlərin bilik və bacarıqlarının formalaşdırılmasına həsr etmiş, peşəsinə hər zaman məsuliyyət və fədakarlıqla yanaşmışdır. 20 illik müəllimlik təcrübəsinə malik olan Aygün Səfərli bu müddət ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərdə elmə marağın artırılması və müasir təlim metodlarının tətbiqi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Uzunmüddətli pedaqoji fəaliyyəti onun müəllimlik peşəsinə olan bağlılığını və peşəkarlığını əks etdirir. Pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi sahədə də fəallığı ilə seçilən pedaqoq 2022-ci ildə Ərazi Partiya Təşkilatının sədri seçilmişdir. Bu vəzifədə təşkilati işlərin səmərəli qurulması, ictimai təşəbbüslərin dəstəklənməsi və fəal vətəndaş mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir. Təhsil sahəsinə verdiyi töhfələr elmi-metodik fəaliyyəti ilə də özünü göstərir. Belə ki, 2023-cü ildə ibtidai siniflər üçün hazırlanmış “Dərsliyə dəstək vəsaiti” adlı kitabın müəlliflərindən biri olmuşdur. Sözügedən vəsait ibtidai təhsildə dərs prosesinin daha səmərəli və anlaşılan təşkilinə xidmət edir. Ümumilikdə, Aygün Səfərlinin pedaqoji, ictimai və elmi-metodik fəaliyyəti onun təhsilə və cəmiyyətə bağlılığını, məsuliyyətli və nümunəvi ziyalı mövqeyini nümayiş etdirir. Gələcək nəsillərin yetişdirilməsinə verdiyi töhfələrlə müəllimlik peşəsinin yüksək missiyasını layiqincə yerinə yetirən maarifpərvər pedaqoqlardandır. Qeyd edək ki, AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir. Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir. Bu təşəbbüs çərçivəsində örnək müəllimlərin peşə davranışları, yenilikçi pedaqoji yanaşmaları və tədris prosesində tətbiq etdikləri müasir metodlar haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə də təhsil camiəsinə təqdim olunur. Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10, Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb. Eyni zamanda "Örnək müəllim"lər haqqında məlumatlar AzEdu Təhsil Portalının xüsusi “Örnək müəllim” bölməsində yerləşdirilir.