HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Orxan Əhmədov: Azərbaycan idmanı dövlət siyasətinin uğurlu nəticəsi kimi

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Orxan Əhmədov: Azərbaycan idmanı dövlət siyasətinin uğurlu nəticəsi kimi
Orxan Əhmədov: Azərbaycan idmanı dövlət siyasətinin uğurlu nəticəsi kimi

 

Müasir dövrdə Azərbaycan idmanı sürətli inkişaf yolu keçərək beynəlxalq miqyasda öz mövqeyini möhkəmləndirmişdir. Bu nailiyyətlərin əsas səbəbi ölkədə idmanın dövlət səviyyəsində prioritet sahə kimi qəbul olunması və bu istiqamətdə ardıcıl siyasətin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafına göstərilən diqqət ölkəmizi dünya idman xəritəsində tanınan güclü mərkəzlərdən birinə çevirmişdir.

Son illər ərzində ölkədə müasir idman infrastrukturunun qurulması, idman komplekslərinin istifadəyə verilməsi və idmançıların hazırlıq şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu tədbirlər Azərbaycan idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsinə geniş imkanlar yaratmışdır.

Azərbaycan idmanının inkişafı daim dövlət başçısının şəxsi nəzarətində olmuşdur. Prezident cənab İlham Əliyevin idmançılarla görüşləri və onların uğurlarına verdiyi yüksək qiymət bu sahəyə olan diqqətin bariz nümunəsidir.

30 aprel 2026-cı il tarixində Prezident cənab İlham Əliyev Avropa çempionatında komanda hesabında birinci yeri qazanan Azərbaycan güləşçilərini qəbul etmişdir. Görüş zamanı dövlət başçısı idmançıların beynəlxalq yarışlarda nümayiş etdirdiyi yüksək peşəkarlığın ölkə idmanının inkişaf səviyyəsini göstərdiyini vurğulamışdır. O, güləşin Azərbaycanda qədim və zəngin ənənələrə malik olduğunu qeyd edərək həm gənc, həm də təcrübəli idmançıların uğurlarını yüksək qiymətləndirmişdir. Eyni zamanda, idman sahəsində düzgün təşkil olunmuş məşq prosesi və seleksiya sisteminin bu nəticələrə mühüm töhfə verdiyini bildirmişdir. Dövlət başçısı beynəlxalq arenalarda Azərbaycan Bayrağının ucaldılmasının xalqımız üçün böyük qürur mənbəyi olduğunu da xüsusi vurğulamışdır.

Bu gün Azərbaycan artıq güclü idman dövləti kimi qəbul edilir və beynəlxalq idman aləmində nüfuzu davamlı olaraq artır. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət bu inkişafın sabit və davamlı olmasını təmin edir.

Nəticə etibarilə, idmana göstərilən dövlət qayğısı həm peşəkar idmançıların uğurlarına təkan verir, həm də gənc nəslin idmana marağını artıraraq onlarda vətənpərvərlik və qalibiyyət ruhunu daha da gücləndirir.

Orxan Əhmədov

YAP Abşeron rayon təşkilatının əməkdaşı