HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycanda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycanda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir
Azərbaycanda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir

Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yüksək nəticələr əldə edərək komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə milli komandamızın üzvləri və onların məşqçiləri ilə görüşüb. Dövlət başçısı idmançıları təbrik edərək, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və əldə olunan nailiyyətlər barədə fikirlərini bölüşüb.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlar hər zaman xalqımız üçün böyük qürur mənbəyidir. İdmançılarımızın dövlət bayrağını yüksəltməsi cəmiyyətdə sevinc və fəxarət hissi yaradır, eyni zamanda gənc nəslin vətənpərvər ruhda formalaşmasına mühüm təsir göstərir.

İdman ölkəmizdə ictimai həyatın vacib sahələrindən biridir və son illərdə bu istiqamətdə əldə olunan müsbət nəticələr dövlət siyasətinin uğurlu icrasının göstəricisidir. Azərbaycan idmançılarının göstərdiyi əzm, peşəkarlıq və yüksək hazırlıq sayəsində ölkəmiz beynəlxalq yarışlarda ardıcıl uğurlar əldə edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, idman sahəsində qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkənin müsbət imicinin möhkəmlənməsinə və gənclərin sağlam ruhda yetişməsinə böyük töhfə verir.

Azərbaycanda idmanın inkişafı daim dövlətin prioritet istiqamətlərindən biri olub. Müasir idman infrastrukturunun yaradılması, bölgələrdə idman komplekslərinin inşası, idmançıların sosial təminatının gücləndirilməsi və beynəlxalq yarışlara hazırlıq üçün yaradılan şərait bu uğurların əsasını təşkil edir. Xüsusilə güləş idman növü ölkəmizdə ənənəvi olaraq yüksək nəticələrlə seçilən sahələrdən biridir.

Görüş zamanı Prezident İlham Əliyev Avropa çempionatının gedişi, idmançıların çıxışları və qazandıqları qələbələr barədə məlumat alıb. Bildirilib ki, Azərbaycan komandası yarış boyunca güclü rəqiblərə qarşı uğurla mübarizə apararaq həm fərdi, həm də komanda hesabında yüksək nəticələr əldə edib. Qazanılan medallar və nümayiş etdirilən mübarizə ruhu komandanın hazırlıq səviyyəsinin yüksək olduğunu bir daha təsdiqləyib.

Fərid Dilavərov

YAP Abşeron rayon təşkilatının əməkdaşı