HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Hər bir ölkənin gələcəyi onun gəncləridir

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Hər bir ölkənin gələcəyi onun gəncləridir
Hər bir ölkənin gələcəyi onun gəncləridir

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə həyata keçirilir. Bu siyasət Azərbaycan gəncliyinin formalaşmasında, milli düşüncəyə, dövlətçilik maraqlarına sadiq nəsil kimi yetişməsində mühüm rol oynayır.

Müstəqilliyimizin ilk illərində Azərbaycanla bağlı dünya ictimaiyyətində obyektiv məlumatlar az idi. Erməni lobbi təşkilatlarının məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz haqqında yalan və təhrif olunmuş informasiyalar yayılırdı. Qarabağ müharibəsindəki məğlubiyyət və daxili siyasi qeyri-sabitlik vəziyyəti daha da ağırlaşdırmışdı. Məhz belə bir mürəkkəb dövrdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin və inkişafın əsasını qoydu.

Ulu Öndər uzaqgörən siyasət yürüdərək gənclərə xüsusi önəm verdi, onları dövlət quruculuğunun fəal iştirakçısına çevirmək üçün mühüm addımlar atdı. Gənclərin təşkilatlanması, onların vətənpərvərlik, dövlətə sədaqət ruhunda tərbiyə olunması Heydər Əliyev siyasi irsinin ən dəyərli istiqamətlərindən biridir.

Bu gün Azərbaycan inamla irəliyə baxır. Ölkə qarşısında duran əsas vəzifələr uğurla icra olunur. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən ölkədə yaşayır və haqlı olaraq bu ölkənin vətəndaşı olmaqdan qürur duyurlar. Gənclər öz gələcəklərini düzgün müəyyənləşdirməli, dövlətə və cəmiyyətə maksimum fayda vermək üçün fəal olmalıdırlar.

Vətənə sevgi, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Tarix göstərir ki, gəncləri yanlış istiqamətə yönəltmək istəyən qüvvələr hər zaman olub. Xaricdə yaradılan müxtəlif fondlar və proqramlar vasitəsilə gənclərin milli dəyərlərdən uzaqlaşdırılması cəhdləri edilib. Lakin Azərbaycan gəncliyi bu cür məkrli niyyətləri qətiyyətlə rədd edib.

Biz bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Azərbaycan gəncliyi “Dəmir Yumruq”un ayrılmaz tərkib hissəsi olaraq öz qəti sözünü dedi. Vətən uğrunda döyüşənlərin, irəli atılanların böyük əksəriyyəti məhz gənclər idi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə formalaşan elə bir gənc nəsil yetişdi ki, Qarabağın işğal illərini görməsələr belə, Vətən, torpaq və milli ləyaqət uğrunda canlarından keçməyə hazır oldular. Şəhidlərimiz və qazilərimiz müzəffər Ordumuzun şanlı tarixini yazdılar.

Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmasaydı, bu tarixi Zəfər mümkün olmazdı. Vətənpərvərlik hər bir insanın qəlbində Vətənə bağlılıq və sədaqət hissinin olması ilə ölçülür.

Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik məsələsi xüsusi yer tutur və bu gün də öz aktuallığını qoruyur. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir və bu dövrün hər anından səmərəli istifadə etmək böyük əhəmiyyət daşıyır.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini