HABERLER.AZ - En Güncel Haberler

Ərdoğan Paşinyanı İstanbulda qəbul edəcək

Siyasət
18.06.2025 - 23:53
Yeniləndi: 30.10.2025 - 12:47
132 baxış
Admin
Ərdoğan Paşinyanı İstanbulda qəbul edəcək
Şrift ölçüsü:
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı İstanbulda qəbul edəcək. AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun “X”dəki səhifəsində yazıb. O, Ermənistanın baş nazirinin iyunun 20-də Türkiyəyə işgüzar səfər edəcəyini açıqlayıb. Daha əvvəl Paşinyan Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb. "Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - o bildirib.