HABERLER.AZ - Ən Güncel Xəbərlər

DİN: "Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb"

Toplum
16.06.2025 - 13:28
208 baxış
Admin
Son yenilənmə: 14.12.2025 - 17:26
DİN: "Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb"
DİN: "Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb"
İyunun 14-ü və 15-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən qalan 4 cinayətin üstünün açılmasını təmin ediblər. AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli qismində 96 nəfər saxlanılıb.